Məhsullarimiz
 
 
   

KOKO dermaviduals-dan gözəllik sirri. KOKO kosmetikasının tərkibi
Bütün KOKO kosmetika xəttinin əsasında "Laylı emulsiya" ( lamella sözündən götürülüb, plastinka mənasını verir) adlanan unikal və bənzərsiz maddə durur. Strukturuna görə lipid dəri baryerinin xatırladan laylı emulsiyanın unikallığı onun xüsusi xassələri sayəsində ən dərin dəri qatlarına asan daxil ola bilməsidir. Bu emulsiyanın dərinin lipid qatı üçün heç bir zərəri yoxdur, əksinə dərinin problemli zonalarına daxil olaraq onun sağlamlığını və bütövlüyünü bərpa edir.

Müasir kosmetika
Kosmetologiya yüksək texnologiya? Niyə də yox? Dərinin gənc qalması və gözəlliyi ciddi elmi yanaşmaya layiqdir.
Aynur by SESEM Gözəllik və Estetik mərkəzi Koko dermaviduals kosmetika xəttinin vasitəsilə dəri baxımı üçün aşağıdakı prosedurları yerinə yetirir:

  • Təmizləmə
  • Dərin təmizləmə
  • Üzvi konsentratlarla İonoforez (həkim-dermatoloq məsləhət gördükdə)
  • Massaj
  • Hər bir üz dərisinə uyğun individual tərkibli kremlərin hazırlanması

KOKO kosmetika xətti kimlərə məsləhət görülür?

KOKO kosmetika xətti dermatoloji kosmetika qrupuna aiddir. Bu kosmetika dəriyə heç bir zərər vermir, müxtəlif dəri patologiyaları olan və ya çox həssas dəridən əziyyət çəkən insanlar tərəfindən istifadə edilə bilər.

KOKO kosmetika xəttinin müsbət cəhətləri:

  • Bütün növ dəriyə uyğundur
  • Dərinin uzun müddət mühafizəsinə zəmanət verir
  • Dəri qatlarının nəm saxlama qabiliyyətini artırır və bununla da dərinin elastikliyini və hamarlığını artırır.
  • Üzvi maddələrinin dərinin dərin qatlarını nüfuz etmə prosesinin yaxşılaşdırır

Tərkibində yoxdur :

  • Dəriyə zərər verəcək aktiv maddələr
  • Konservantlar (əksəriyyəti allergiyaya səbəb olur)
  • Mineral yağ ( dərinin lipid qoruyucusunun bərpa prosesini yavaşladır)
  • Ətir və boyalar ( ən çox allergiya səbəblərindən biri)
  • Amin turşuları
  • Silikon