Aynur by SESEM Mərkəzi
 
 
   

Mezoterapiya

  • Aktiv preparatların mikroinyeksiyalarla problemli zonaya dəridaxili və ya dərialtı yeridilmə üsuludur.Dərinə yeridilmə ləng sorulma hesabına preparatın depolaşmasını və uzun müddətli  müalicə effektini təmin edir.Preparatın 3 əsas qrupundan istifadə olunur:allopatik,homeopat,bioloji.
  • Bu üsul 1952-ci ildə Fransada yaranıb,yaradıcısı doktor Mişel Pistordur.Mezoterapiyanın köməyilə preparat birbaşa korreksiya aparılması zəruri olan yerə yeridilir.Müəyyən edilmiş zonaya və həmin zonada gedən prosesə məqsədyönlü təsir edilir.Adi damardaxili,əzələ daxili inyeksiyalar və ya daxilə həb qəbul edildikdə  dərman bütün orqanizmə təsir edir,lazımi yerə dərmanın az hissəsi çatır.Ona görə də,bir çox problemlərdə preparatla bütün orqanizmi doydurmaqdansa, onu lokal yeritmək daha yaxşıdır.
  • Mezoterapiyanın bu gün üçün böyük populyarlığı patoloji vəziyyətlərin geniş spektrində yüksək effektliliyinin olması, daxilə  müdaxilələrin az olması ilə izah olunur.Proseduranın effekti yalnız farmakoloji təsirlə deyil, həm də iynə ilə dərinin fiziki stimulyasiyası hesabına yaranır.
  • Mezoterapiya  qan  və limfa dövranına təsir etməklə toxumaların mikrosirkulyasiyasını yaxşılaşdırır,yerli və ümumi immuniteti yüksəldir,energetik potensialı bərpa edir,hüceyrələrin kalium-natrium balansını normallaşdırır,qida maddələrinin uzun müddətli depolaşmasını  təmin edir.Mezoterapiyanın effektliliyi estetik kosmetologiyada sellülitin müalicəsində təsdiqini tapıb.Həkim tərəfindən təyin olunan xüsusi preparatların mikroinyeksiyaları orqanizmin qocalmasını müşayət edən dərinin turqorunun ,əzələlərin tonusunun pozulmasında, piqment əmələ gəlmədə effektlidir.Mezoterapiya sızanaqların  və saç tökülmənin müalicəsində müvəffəqiyyətlə tətbiq olunur.
  • Mezoterapiya kursu 2 dövrə bölünür: intensiv və dəstəkləyici.İntensiv kursun müddəti həftədə bir dəfə olmaqla 6-10 seansdan ibarətdir.Dəstəkləyici kurs ayda 1-2 seans aparılır.