Aynur by SESEM Mərkəzi
 
 
   

Fillinq – Doldurucular (fillerlər)

  • Ümumiyyətlə, doldurucular (fillerlər) dedikdə mikroinyeksiyanın köməyi ilə dəri altına yeridilən dermal doldurucular, yəni preparatlar nəzərdə tutulur.
  • Doldurucular (fillerlər) estetik kosmetologiyada üz və bədənin konturlu plastikası üçün nəzərdə tutulub. Fillerlər qırış və qatları dolduraraq Sizin üz cizgilərinizi düzləşdirir, üz və bədənə istənilən konturu verir. Fillərlər həmçinin dodaqların böyüdülməsi, onların formalarının modelləşdirilməsi, üz dərisinin elastikliyinin artırılmasında istifadə olunur.
  • Fillerlər dodaq, çənə və almacıqların formasını dəyişə bilərmi?

Bəli. Bir çox doldurucular hətta çənədə və burunda olan qüsurları aradan qaldıra, burnun ucunu qaldıra və burunda olan qabarı yumşalda bilər. Dodaqların şəkillərinin dəyişilməsi üçün də xüsusi preparatlar var.

  • Fillinqdən sonra üz təbii görsənəcəkmi?

Fillerlər üzün formasını dəyişmirlər. Qırış və qatları aradan qaldırarkən fillerlər əzələlərin fəaliyyətinə heç bir təsir göstərmir, yalnız üz dərisinin cavan görsənməsinə nail olur.

  • Fillerlər allergik reaksiyalara səbəb ola bilərmi?

Statistikaya əsasən allergik reaksiyalar az olsa da, var. Bir çox fillerlərin tətbiqi zamanı allergik testlərdən istifadə olunur.

  • Fillerlərin effekti nə qədərdir?

Bu bir çox faktordan asılıdır: fillerlərin növündən, orqanizmin individual xüsusiyyətlərindən və fillinq edilən hissədən. Fillerlərin növlərindən asılı olaraq, onların effektliliyi 4 aydan 12 aya qədərdir. Bu müddətdən sonra proseduranı yenidən həyata keçirmək lazımdır. Fillerlər vasitəsilə Siz özünüzü daha da cavan hiss edəcəksiniz.

  • Fillinq prosedurunun yan təsirləri varmı?

Əlbəttə, var. Bu inyeksiya edilən sahədə keçici şişlik, göyərmə ola bilər. Prosedurdan əvvəl xəstə bütün yan təsirləri göstərilmiş razılıq vərəqini imzalayır. Amma bütün yan təsirlər müvəqqətidir və müalicə olunandır.