Aynur by SESEM Mərkəzi
 
 
   

Botoks

  • Botoks nədir? Botoks  Botulinum adlı bakteriyadan əldə edilən tibbi bir dərmandır.
  • Botoks ilə qırışlardan və cizgilərdən xilas olun.

Üzünüzdəki sizi narahat edən qırışlardan əməliyyatsız xilas olmağın ən asan üsulu  olan botoks 10 ildir etibarlı və müvəffəqiyyətli bir şəkildə kosmetologiyada istifadə edilir. 

  • Botoks ilə qaşlarda dəyişiklik etmək olar.

Qırışlar xaricində botoks üz cizginizə yorğun ifadə verən qaş aşağılığını müalicəsində qaş şəkilləndirmə (qaş qaldırma), üz cizginizin ifadəsini aqressiv edən qaş arası və üstü sıxılmaların aradan qaldırılmasında cərrahi əməliyyatlardan daha alternativ variantdır. Botoks ilə qaş şəkilləndirmə əməliyyatı sonrası qaşlar 1-4 mm qalxa bilər.

  • Botoksun təsiri qətiliklə keçicidir.

Təsir müddəti hər bir xanımın öz metabolizmasına uyğun olaraq 4 aydan 6 aya qədərdir. Ayrıca tətbiq sıxlığı ilə bu müddət daha da uzadıla bilər. Bilinməsi lazım olan digər bir ünsür də botoksun təsiri keçdikdən sonra botoks tətbiq olunmuş hissə əvvəlki vəziyyətinə geri dönür və heç bir şəkildə daha pis vəziyyətə düşmür.

  • Botoks iflic edə bilərmi?

Botoksun təsiri qalıcı deyil, orta hesabla 6 ay qədər sürür. Bu səbəbdən qalıcı bir iflicdən söz etmək mümkün deyil.

  • Botoks və İfadəsiz Üz?

Bu düşüncə son dərəcə səhv bir anlayışdır. Təbii Botoks tətbiqləri ilə əzələlərinizi Botoksa baxmayaraq oynada bilərsiniz. Bu səbəbdən kimsə bu vəziyyəti anlamayacaq.

  • Yan təsirlər nələrdir?

Botoksun bilinən heç bir yan təsiri yoxdur. Botoksun təsiri yalnız tətbiq edilən bölgə ilə məhdudlaşır. Tətbiq anında iynəyə görə əmələ gələn  qızartılar isə qısa bir müddət sonra keçəcək.