Aynur by SESEM Mərkəzi
 
 
   

Radiodalğalar – terapiya

  • Radio dalğalar dedikdə dəri daxilinə dərin nüfuz etmək bacarığı olan  müəyyən tezlikli elektromaqnit dalğalar nəzərdə tutulur. Radio dalğalar nə qədər aşağı olsa, dalğaların nüfuz etmə qabiliyyəti bir o qədər yüksəkdir. Nəzarət edilən istilik sayəsində əmələ gələn enerji kollagen liflərinin azalmasına, yaşa dolan xanımlarda artıq dərinin aradan qaldırılmasına kömək edir.
  • Prosedur aşağıdakı hallarda tətbiq olunur:
  • Bədənin bütün hissələrində olan sallaqlıqlar yaranan zaman;
  • Üz dərisinin, çənə, boyun və dekolte nahiyələrində tonusun və elastikliyi itdiyi zaman;
  • Ptosis toxuması deformasiyaya uğradığı zaman;
  • Müəyyən çəki itkisindən sonra dəri artıqlığı zamanı;
  • Selüllit zamanı;
  • Prosedurun aparılması:

Prosedurdan əvvəl həkim-dermatoloq xəstənin sağlamlığı haqqında geniş məlumat toplayır, diaqnoz qoyur,  prosedurun keçirilməsi üçün xəstənin razılığını alır.
Həkim-dermatoloq ilk növbədə, ən çox problemli zonalara diqqət yetirir. Prosedur dəriyə qısa soyuq və orta isti toxunuşlarla keçirildiyinə görə ağrısızdır.
Prosedurun nəticələri:

  • Liftinq və bədən dərisinin dartılması;
  • Bədən həcminin azaldılması:omba, bel, qolife, arxa, çiyin;
  • Bədən konturunun yaxşılaşdırılması;
  • Selüllitin azaldılması;
  • Qırışların hamarlanması;
  • Dartılmaların hamarlanması;
  • Hər bir kosmetoloji prosedurun yan təsirləri olduğu kimi,  Radiodalğalarla terapiyanın dayan təsirləri var və bu hallarda tətbiq olunmamalıdır:
  • Orqanizmdə kardiostimulyatorun iştirakı zamanı;
  • Diabet;
  • Hamiləlik;
  • Yoluxucu xəstəliklər;
  • Qaraciyərin və böyrəklərin patologiyası;
  • Onkopatologiya;