Aynur by SESEM Mərkəzi
 
 
   

Bürümələr

  • İsti bürünmə damarları genişləndirərək qan dövranını aktivləşdirir, lipoliz (piy hüceyrələrinin parçalanması) prosesi fəallaşır. Bu, sellilüt və piylənmə  ilə mübarizədə əla nəticələr verir. Bədənin problemli hissələrinə xüsusi məhsul çəkilir, Siz termoyorğanı geyinib tam relaksasiyadan həzz alırsınız. 
  • Soyuq bürünmə kapilyar və damarlara təsir edərək onların daralmasına səbəb olur. Limfa isə şlak və toksinləri daxili ifrazedici orqanlar vasitəsilə çıxarır. Soyuq bürünmə artıq maye, “ağır ayaqlar” sindromundan, varikozdan əziyyət çəkənlərə yaxşı təsir göstərir. 
  • Yosunlarla bürünmə Yosunlar canlı “medikamentlər”di. Osmos yolu ilə onlar dəniz suyundan yod, maqnezium, kalium, dəmir, silisium, sink, mis və s kimi elementləri özündə toplayır. Yosunların tərkibində həmçinin vitamin, amin turşuları var.  Yosunlarla bürünmə stressi aradan qaldırır, artıq çəkidən, sellülitdən yaxa qurtarmağa, tonusun saxlanılmasına, orqanizmin ümumi sağlamlaşmasına kömək edir.  
  • Ağ gil ilə bürünmə dəriyə hamarlıq gətirən və onu yumşaq edən kollaqen və elastinin sintezini stimullaşdırır.