Aynur by SESEM Mərkəzi
 
 
   

Radioliftinq (isti, soyuq)

  • Radioliftinq radiodalğalar vasitəsilə dərinin cərrahiyyə əməliyyatı olmadan dartılmasıdır. Radiodalğaların kosmetologiyada tətbiqi təəccüblü dərəcədə səmərəli nəticələr verir. Bu prosedur vasitəsilə dərinin elastikliyi artır, möhkəmlənir, üzün sallaqlığı aradan qaldırılır, prosedur dərin qırışların açılmasında əvəzolunmaz bir prosedurdur. 1-16 Mhs tezlikli radiodalğalar dərinin orta qatlarına qədər nüfuz edir və bu toxumalarda hərarət dəyişikliyinə səbəb olur. Nəticədə dərinin altında olan və onun elastikliyini, möhkəmliyini təmin edən kollagen lifləri dartılır və möhkəmlənir. Bu vasitə prosedurdan bir müddət sonra dərinin dartıldığını görmək imkanı verir.
  • Radioliftinq zamanı anesteziyadan istifadə olunmur, prosedur ağrısızdır. Seans üzərində işlənilən nahiyənin həcmindən asılı olaraq 20 dəqiqədən 2 saata qədər davam edə bilər. Prosedurdan dərhal sonra dəri daha gənc və hamar görünür.
  • Hansı hallarda məsləhət görülür:
    • Üz, boyun, dekolte, alt və üst göz qapaqlarındakı qırış və  büküşlərin aradan qaldırılması
    • Üz ovalının korreksiyası (yumşaq toxumaların ptozu)
    • Qaşların qeyri-cərrahiyyə yolu ilə qaldırılması
    • Lokal səviyyədə artıq piyin toplanması
  • Əks göstəricilər:

Bu prosedur orqanizminə kardiostimulyator, kardioverter-defibrillyator yeridilmiş və ya başqa implant olunmuş elektrik cihazı ilə yaşayan pasiyentlərə olmaz. Şəkərli diabet, birləşdirici toxumaların bəzi xəstəlikləri, ümumi infeksion xəstəliklər və işlənilən nahiyədə dəri xəstəlikləri zamanı məsləhət görülmür.