Aynur by SESEM Mərkəzi
 
 
   

Kimyəvi pillinq

  • Kosmetologiyada dərinin müxtəlif problemlərinin korreksiyası üçün kimyəvi pillinqlərdən istifadə olunur. Pillinq epidermisin müəyyən qatlarının istiqamətlənmiş soyulma prosesinə deyilir. Kimyəvi pillinq dərinin regenerasiya qabiliyyətini aktivləşdirir, nəticədə kollagen, elastin liflərinin və qialuron turşusunun sintezi artır, yeni hüceyrələr əmələ gəlir və s. Dərinin, səthi qırışların hamarlanması, çapıqların, müxtəlif piqment ləkələrinin, genişlənmiş məsamələrin müalicəsi məqsədi ilə istifadə olunur.
  • Prosedur kurs şəklində aparılır.  Pillinqin effektivliyi turşunun ekspozisiya (üzdə saxlanılma) müddətindən asılıdır. Dəri növündən və dərinin həssaslığından asılı olaraq bu 3-10 dəqiqə çəkir. Turşu dəridən xüsusi neytralizator vasitəsi ilə təmizlənir.