Online
 
 
   

Sovet vaxtı fəaliyyət göstərən Aynur Gözəllik Salonun yerində hal-hazırda Aynur by SESEM gözəllik və estetik mərkəzi fəaliyyət göstərir. Bizim mərkəzimiz 1 Sentyabr 2012-ci il tarixdə rəsmi şəkildə açılmışdır və hal-hazırda fəaliyyət göstərir.

Mərkəzimiz sizin istifadənizə salon və estetik xidmətləri təqdim edir. Bizim salon xidmətlərimizə saç düzümü, makiyaj, manikur, pedikur, solyariy və s. kimi xidmətlər daxildir. Bizim ustalarımız daim sizi razı salmaq üçün çalışacaqlar. Estetik xidmətlərə həm üz, həm də bədən baxımı daxildir. Üz və bədən baxımı həm apparatlı, həm də apparatsız kosmetologiya vasitəsilə həyata keçirilir. Bundan əlavə, Aynur by SESEM Mərkəzində siz müxtəlif xarici firmaların məhsullarını əldə edə bilərsiniz.

Həmçinin, siz Aynur by SESEM Mərkəzinin Bio Cafe-sindən yararlana bilərsiniz. Gözəl interyerimiz, gülərüz personalımız  sizin Aynur by SESEM Mərkəzində keçirdiyiniz zamanın  darıxdırıcı olmaması üçün çalışacaqlar.

Biz, sizi düşünür və sizin qayğınıza qalırıq. Buyurun gəlin və özünüz bunun canlı şahidi olun !